Mənim Top-35 anime endingim

Neçə vaxt idi ki, bloqumda belə bir yazı paylaşmaq istəmişdim. Amma çox anime izlədiyimdən uzun müddət siyahını və sıralamanı qərarlaşdırmağa vaxt ayıra bilmirdim. Nəhayət, etdim. Top-35 anime endingim. Təbii ki, siyahı mənim zövqlərimə və 90% baxdığım animelərə əsaslanır. Ona görə də “aaa, bu niyə yoxdu, aaa, o niyə yoxdu” deməyin.

P.S. Anime baxmağa davam etdiyim üçün siyahı da yenilənəcək təbii ki.

35. Inner Urge (Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai)

Oxumağa davam et

Advertisements

Sümüyünü göstər, deyim sən kimsən | Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru

sakuraİstehsal ili: 2015

Əsaslanır: Ranobe

Seriya: 12

Seriya müddəti: 23 dəq.

Studiya: Troyca

Janr: müəmma

MyAnimeList

 

 

2015-ci ilin maraqlı animelərdən biri olan “Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru” və ya Azərbaycan dilinə tərcüməsi ilə “Cəsəd Sakurakonun ayaqları altında basdırılıb” haqqında ilk dəfə türk teleserial portalı olan BirDiziHaber-də oxumuşdum. Düzü, mövzusu və posteri ilə mənim diqqətimi o saat çəkən animeni plan listimdə xeyli gözlətməli oldum. Nəhayət bu yaxınlarda baxmağa qərar verdim (spoylerli hissələr qırmızı rəngdə verilib).

Mövzudan bəhs etsək, baş qəhrəmanımız 20 yaşlarında olan gözəl qadın Sakurako Kucodur. Sakurako gözəl və dahi qadın olsa da, çox qəribə şəxsiyyətə malikdir: insanları elə də sevmir. Lakin ən qəribəsi isə onun hobbisidir: sümüklər! Sakurako osteoloqdur (sümükləri öyrənən alim) və əsl sümük manyakıdır. Bütün günü malikanəsində oturub heyvan skeletləri yığmaqla məşğuldur. Bir gün Şotaro Tatevaki adlı gənc lisey tələbəsi Sakurako ilə tanış və aralarında dostluq yaranır, türklər demişkən, takılmağa başlıyorlar) Amma bu ikilinin çox qara bəxti var: tez-tez qarşılarına insan cəsədləri, daha da dəqiqləşdirsək, insan skeletləri çıxır. Anime bu ikilinin qarşılaşdıqları insidentləri araşdırmasından bəhs edir.

Oxumağa davam et

Kül, oyun və dram | Hai to Gensou no Grimgar

77976lİstehsal ili: 2016 

Əsaslanır: Ranobe

Seriya: 12 + 1 OVA

Seriya müddəti: 24 dəq.

Studiya: A-1 Pictures

Janr: dram, fentezi, döyüş

MyAnimeList

 

Neçə vaxt idi ki, “planlaşdırdıqlarım” siyahısında çürüyüb qalan animelər siyahısında olan “Hai to Gensou no Grimgar” animesini nəhayət izləməyə qərar verəndə müsbət mənada xeyli təəccüblənmişdim. Çünki az virtual reallıq animesi izləmədiyimdən bu animenin də bir çox klişelərlə dolu olacağını gözləyirdim. Lakin əksinə (spoylerli hissələr qırmızı rəngdə verilib).

Əvvala deyim ki, hal-hazırda virtual reallıq mövzusu populyar mədəniyyətin olmazsa olmazlarından birinə çevrilib. Söhbət sadəcə Yaponiyadan getmir. Artıq ABŞ kimi ölkələr də bu mövzunun “cazibədarlığından” yararlanmağa çalışır. Təsadüfi deyil ki, Skydance Media Sword Art Online” əsasında ABŞ teleserialı çəkməyi planlaşdırır. 2018-ci ildə premyerası baş tutacaq və məşhur rejissor Stiven Spilberqin rejissoru olduğu “Ready Player One” filmi də bu mövzunun yolçusudur. Bunu hələ çox uzatmaq olar, amma mövzu bu deyil.

Oxumağa davam et

Yapon folkloru üzərindən məhəbbət | Hotarubi no Mori e

38229lİstehsal ili: 2011

Əsaslanır: Manqa

Müddəti: 45 dəq.

Studiya: Brain’s Base

Rejissor: Takahiro Omori

Bəstəkar: Makoto Yoşimori

Janr: dram, romantika, şoco

MyAnimeList

“Hotarubi no Mori e” və ya azərbaycanca tərcüməsi ilə “Atəşböcəyi işığı meşəsinə” 2011-ci ildə istehsal olunmuş möhtəşəm qısametrajlı anime filmidir. Anime filmi eyniadlı 2003-cü il istehsalı one-shot şoco manqası əsasında çəkilmişdir. Üstəlik manqa müəllifi heç də tanınmamış adam deyil: “Natsume” seriyasının müəllifi Yuki Midorikava xanımdır (özünüz hər iki animanqanı oxusaz, oxşarlıqları hiss edəcəksiz). Filmin istehsalçısı isə Brain’s Base studiyasıdır. Studiyanın tanınmış işləri arasında “Natsume” seriyası, “Baccano!”, “Durarara!!”, “Ookami to Koushinryou” kimi anime serialları olsa da, ən uğurlu anime filmi işi məhz bu animedir desəm, yanılmaram (spoylerli hissələr qırmızı rəngdə verilib).

Oxumağa davam et

Məhəbbət və intiqam | Masamune-kun no Revenge

83709l

İstehsal ili: 2017

Əsaslanır: Manqa

Seriya: 12

Seriya müddəti: 24 dəq.

Studiya: Silver Link

Janr: harem, komediya, romantika

MyAnimeList

2017 qış animeləri arasında izlədiyim və tamamladığım ilk anime “Masamune-kun no Revenge” animesi oldu. Animeyə baxmaq qərarını sentyabr ayında manqasını oxuyub bəyənəndə qərar vermişdim. Sağ olsunlar, çox gözlətmədilər, yanvar ayında anime adaptasiyası gəldi. İstəyirəm fikirlərimi bildirim (spoylerli hissələr qırmızı rəngdə verilib).

Hekayəmizi açıqlayım: baş qəhrəmanımız Makabe Masamune adlı gənc lisey tələbəsidir. Masamune liseyində qızlar arasında çox populyardır, tez-tez idman edir, sağlamlığının qayğısına qalır. Lakin Masamunenin həyatda məqsədi başqadır. Belə ki, kiçik yaşlarda ikən Masamune çox kök uşaq imiş və yaxınlıqda yaşayan varlı ailənin kiçik qızı Aki Adaqaki tərəfindən “Donuz ayağı” adlandırılaraq rədd edilibmiş. Bunu unutmayan Masamune idman edərək bədənini formaya salır və liseyin “Qəddar şahzadəsi” Aki Adaqakidən intiqam almaq üçün planlar qurur: Adaqakini özünə aşiq edib rədd etmək fikrindədir. Təbii ki, bu məqsədinə gedən yolda başına bəzən gülməli, bəzən drammatik hadisələr gələcəkdir.

Oxumağa davam et

Hazırda baxdığım animelər haqqında dəyərləndirmə

2016-cı ilin payız mövsümündə əslində o qədər çox yaxşı animelər çıxmadı. Ən azından mövsüm başlamazdan öncə mən belə fikirdə idim. Mövsümdən öncə ən gözə batan animelər “Haikyuu!!”, “Bungou Stay Dogs” animeləri olsa da, davam mövsümləri olduqları üçün avtomatik olaraq listimə daxil olmadılar. Bundan əlavə “Trickter” animesini əvvəlcə listimə salsam da, 24 seriya çəkəcəyi xəbəri, həm də mövzunun xoşuma gəlməməsinə görə başqa anime ilə əvəz etdim.Ənənəyə sadiq qalaraq bu dəfə də mövsümdən 5 anime seçib baxıram. Gözləntiləri qarşılayan da var, qarşılamayan da. Mövsümün başlamasından 1 aydan çox vaxt keçib və istəyirəm baxdığım animelər haqqında fikirlərimi bildirim.

1. Shuumatsu no Izetta

80944l.jpg

Əvvəlcə diqqətimi çəkməsə də, sonradan baxmağa qərar verdiyim anime. Fentezi və hərb janrlarının qarışdırılması həmişə diqqətimi çəkib (Code Geass-ın təmsilində). Op xoşuma gəldi, amma End-ə qulaq asmamışam. Hekayəsi maraq oyadır, xüsusilə ilk seriyasına baxandan sonra düşünmüşdüm ki, mövsümün ən yaxşı animesi ola bilər. Əgər hekayənin gedişi başladığı kimi daha maraqlı olsaydı. Narazı qaldığım nöqtələrdən biri çizimlərdir, yaxşı deyil. Həm də baş qəhrəman ürəyimə yol tapmadı, karaktersiz, iradəsiz personaj kimi görünür mənə.

Oxumağa davam et

Sevgidə sərhəd tanımamaq | Plastic Memories

68297l.jpgİstehsal ili: 2015

Əsaslanır: Orijinal

Seriya: 13

Seriya müddəti: 24 dəq.

Studiya: Doga Kobo

Janr: dram, romantika, elmi fantastika

MyAnimeList

“Plastic Memories” mənim tez-tez eşitdiyim animelərdən biri idi. İlk dəfə bu anime haqqında Facebook-da xəbər tutmuşdum, lakin uzun müddət animeyə baxa bilmədim. Lakin nəhayət animeyə baxmağa qərar verib mövzusu ilə maraqlananda bir az təəccübləndim. Çünki əvvəlcə animenin həyat dilimi və ya sadəcə romantika olduğunu düşünürdüm. Elmi fantastika olacağını gözləmirdim.

Animeni istehsal edən studiya Doga Kobo studiyadır. Bu studiyanın ən tanınan işi “Gekkan Shoujo Nozaki-kun” animesi olduğunu demək olar. Bundan əlavə, hazırda onqoinq olan “New Game!” animesi də bu studiyanın işidir. Rejissor Yoşiyuki Fucivara “Ao no Exorcist” və “Sword Art Online” animelərinin seriya rejissoru, yuxarıda bəhs etdiyim  “New Game!” anime serialının isə əsas rejissorudur. Seyyuları gəldikdə baş qəhrəman Aylanı seyyu Sora Amamiya səsləndirir. Bu seyyunun “Akame ga Kill!”-dən Akameni, “KonoSuba”-dan Akvanı, “Tokyo Ghoul”-dan Toka Kirişimanı səsləndirdiyini xatırladım. Digər baş qəhrəmanı Yasuaki Takumi səsləndirir ki, bu seyyunun demək olar ki, buna qədər çox da tanınan çıxışı olmayıb.

Oxumağa davam et